Şahmat və Biznes
Pul və Fiqurları düzgün idarə et!Mən şahmatı biznes üçün ən mükəmməl model hesab edirəm. Başqa sözlə desək, şahmat insan həyatının yaxşı “maketləşdirilmiş” versiyasıdır və məntiqin inkişaf etməsi üçün çox yaxşıdır. Bu yazıda istəyirəm, şahmatla biznesin oxşar tərəfləri barədə danışım.
Bugün mən özüm şahmatla məşğul oluram və müşahidə bacarığıma əsaslanaraq deyə bilərəm ki, şahmatda olan uğur prinsipləri biznes ilə demək olar ki, eynidir. Şahmatda qalib gəlmək üçün tövsiyyə edilən prinsipləri, real həyatda da yaxşı tətbiq etdiyimiz zaman, yaxşı nəticələr almaq olur. Sadəcə və sadəcə, bir fərq var: “Şahmatla, real həyat arasında yeganə fərq odur ki, həyatda xarici mühit, bizdən asılı olmayan güvvələrin təsir gücü daha yüksəkdir...”. Sözün açığı bu uzun mövzudur və bizi əsas hədəfdən yayındırar deyə, biz qayıdaq əsas məsələyə – Şahmatla biznesin oxşar tərəfləri hansılardır?
Temp vacibdir. Şahmat bizə diktə edir ki, istər fiqurların fəallaşdırılması, istər ümumi inkişaf, istər profilaktik tədbirlər “templə” olmalıdır. Şahmatda temp investisiya – pula bərabərdir. Əsas prinsip odur ki, gedişi elə etmək lazımdır ki, növbəti gedişdə də təşəbbüs sizdə qalsın. Biznesdə də bu şərtdir. İstənilən investiya xarakterli proekt, genişlənmə və ya yeni sahəyə girdiyimiz zaman maksimum az resurs sərf edilməlidir. Necə ki, şahmat oyununda fiqurların oyuna daxil edilməsi, fəallaşdırılması templə olmalıdır, eləcədə istənilən genişlənmə əsas fəaliyyəti gücləndirməlidir, ona mane olmalı deyil.
Xırda dəyişikliklər, qələbəyə aparır. Güclü şahmatçıların, zəif oyunçulardan əsas fərqi birincilərin hər gedişdə, vəziyyətini yaxşılaşdırmağa çalışmasıdır. Hamı bilir ki, şahmat oyununda əsas məqsəd şahı mat etməkdir. Amma heç bir grossmester oyun başlandığı andan “detskiy-mat” haqqında düşünmür. Fiqurları inkişaf etdirir, mərkəzi ələ keçirir, qala qurur, mövqe qazanır, fili açıq diaqonala qoyur və s. Biznesdə də elədir. Əsas məqsəd pul qazanmaqdır, amma yalnız bu məqsədə çalışsan pul qazanmaq mümkün olmayacaq. Çox vacibdir ki, sən pul qazanmaq üçün, öz biznes strukturunu düzgün təşkil edəsən: yaxşı təhçizat zənciri qurasan, düzgün hesabatçılığın olsun, məhsulun brend olsun, səni tanısınlar, satışdan sonra xidmət olsun... səbəb?! Səbəb pul qazanmaq, amma buna nail olmağın yolu xırda dəyişikliklərdir. Beləliklə şahmatda olduğu kimi, biznes də təkmilləşdirməni sevir.
Forpost yaradın. Şahmatda fiqurların mərkəzi və hücuma məruz qalmayan yerlərdə olması çox vacibdir. Məhz belə olduğu zaman, Siz ətraf mühitə (rəqibə) nəzər yetirə bilirsiniz, həmçinin forpost bizə mövqe üstünlükləri yaradır. Müasir biznesdə də yerləşmənin rolu gündən-günə artır. İstər loqistika mərkəzlərinin yerləşdikləri məkan, istər pərakəndə ticarətdə yerləşmə biznes üçün son dərəcə strateji rəqabət üstünlüyünə çevrilə bilər. Strateji yerləri tutmaq istər şahmatda, istərsə də biznesdə vacibdir.
Ana prinsipləri qorumaq lazımdır. Şahmatda bir neçə ciddi prinsiplər var. Məhz bu prinsiplərə riayət edərək, güclü şahmat oyunu aparmaq olur. Maraqlısı budur ki, bu prinsiplər istənilən vəziyyətlərdə işləyir. Məsələn, şahı müdafiə etmək lazımdır, fiqurlar inkişaf etdirilməlidir, mərkəz uğrunda mübarizə olmalıdır və s. Biznesdə də belə standart olan və bütün sahələrdə 100% işləyən qaydalar var. Bu qaydalar qətiyyən teorem və nəzəriyyə deyil, sadəcə məsələn, əsrlər boyu sübüt edilib ki: bilmədiyiniz sahədə biznes qurmaq olmaz, yalnız pulla biznes olmur, işçilər biznesin ürəyidir və s. Şahmatda olduğu kimi, biznesdə də bu qaydalara qorumaq şərtdir. Əsk təqdirdə oyunu uduzmaq şansınız artır!!!
Elastik olmaq şərtdir. Şahmat oyunu zamanı biz dəfələrlə qurduğumuz planları dəyişməli oluruq. Rəqibin etdiklərinə görə, vaxtın bitməsi və ya ümumiyyətlə bizim düşüncələrimizə görə planlar dəyişməlidir. Məhz belə olduğu zaman son nəticəyə çatmaq asan olur. Biznes də belədir. Keçmiş planlar tənəzzülə uğramalı,yeni planlar isə dirçəlməlidir, elastiklik(başqa ad tapa bilmədim) vacibdir. “Kişinin sözü bir olar...” məntiqi işləmir.
Şahmat, biznes və həyat arasında eyniliklər çoxdur və hesab edirəm ki, uşaq vaxtlarında şahmatla məşğul olmaq gələcək həyat üçün çox faydalı ola bilər.
HƏR ZAMAN POZİTİV OLUN!!!ב.פ